Bakıda Rəşt-Astara dəmir yolunun tikintisi üzrə üçtərəfli görüş keçiriləcək

GÜNDƏM 05 sen 2022, 00:13
Sentyabrın 8-9-da Bakıda regional nəqliyyat dəhlizləri, xüsusilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Rəşt-Astara dəmir yolu xətti üzrə İran, Rusiya və Azərbaycanın üçtərəfli görüşü keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın “Tasnim” xəbər saytı yayıb.

İclasda İran, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri, eləcə də İranın nəqliyyat nazirinin iştirakı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top