Rusiyaya qarşı 8-ci sanksiyalar paketi hazırlanır

GÜNDƏM 04 sen 2022, 21:07
Ukrayna Prezident Volodimir Zelenski və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında telefon danışığı olub.
 
Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb.
 
Telefon danışığı zamanı Avropa İttifaqının Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi müzakirə edilib.
 
"Biz Rusiya vətəndaşlarına vizaların verilməsinə qadağa da daxil olmaqla səkkizinci sanksiyalar paketinin hazırlanmasını müzakirə etdik”, - Zelenski deyib.
 
Bundan əlavə, müzakirə zamanı Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlərin məhdudlaşdırılması məsələsinə də toxunulub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top