Partiya sədrinin müavini: "Razılıq vermisinizsə, kim çox "yal" verir, onun iti olun..."

SİYASƏT 30 avq 2022, 13:01
“Son günlər ölkəmizdə olan təsir agentləri aktivləşərək dövləti gözdən salma kampaniyasına yenidən start veriblər (xüsusilə də güc strukturları ilə bağlı aparılan qara piar kampaniyasına diqqət çəkmək istərdim). Eyni zamanda Qərbin casus şəbəkəsinin üzvləri, Rusiyaya xidmət edənlər, İranın kölələri, digər böyük güclərin Azərbaycandakı əlaltıları bir birilərini satqınçılıqda ittiham edərək “Biz daha yaxşıyıq, o biriləri pisdir” fikrini də formalaşdırmaq üçün iş aparırlar. Biri digərini “beşinci kolon” olmaqda günahlandırır, vətən xaini çıxarır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov bildirib.
 
“Bu zavallılara çatdırın ki, onsuz da hamınız köpəksiniz. Çalışın köpək olmayın, it olmağa razılıq vermisinizsə, o zaman nə fərqi var, kim çox yal verir, onun iti olun. Dövlətimizi köpəklərə yem etmərik! Vətən azaddır, böyük Vətənə doğru addım-addım!” – o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top