Donetskdə azərbaycanlı ər-arvad həlak olub — VİDEO

HADİSƏ 30 avq 2022, 12:44
Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Ukrayna Ordusunun Xerson vilayəti istiqamətində əks-hücumu nəticəsində artıq beş yaşayış məntəqəsi işğaldan azad olunub. Eyni zamanda Rusiya Silahlı Qüvvələri separatçı Donetsk respublikasının hərbçiləri ilə birlikdə Ukraynaya əks-hücuma keçiblər.

Qeyd edilib ki, əks-hücumun qarşısı alınarkən Donetsk vilayətinin Slavyansk rayonunda azərbaycanlılar − Zaur Paşayev və onun həyat yoldaşı Svetlana Paşayeva həlak olublar. Onların üç övladı isə sağ qalıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top