Prokuror Səlim Müslümovun ittihamlarını açıqlayır

HADİSƏ 29 avq 2022, 17:17
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim hakim Faiq Qəniyevin icraatında baş tutan prosesdə prokuror Babaxan Həsənəliyev  ittiham aktının elanını davam etdirib.

Prokuror 573 səhifəlik ittiham aktının 107 səhəlik nəticəvi hissəsini elan edir. 

İttiham aktında qeyd olunub ki, Tovuz rayonunda şəhid ailələrinı evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılmış 7 milyon manatın bir qismi Səlim Müslümov vasitəsi ilə mənimsənilib. 

Bundan başqa Səlim Müslümovun himayədarlığı ilə "Nicat" MMC və "Real H" MMC-lər tenderlərdə qalib gəliblər, bununla da həmin MMC-lərin rəhbərlərindən rüşvət alınıb. 

Daha sonra İttihamda qeyd olunub ki, Səlim Müslümov müharibə iştirakçıları üçün tikilən evlərlə bağlı mənimsəmə faktlarına yol verib. 

Növbəti proses sentyabrın 5-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.

Səlim Müslümov vurduğu ziyanın 20 milyon manatını ödəyib. 

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top