Laçın dəhlizinə alternativ yolun fəaliyyətə başlayacağı tarix açıqlandı

İNFRASTRUKTUR 29 avq 2022, 16:12
Laçın dəhlizinə alternativ olan yeni yol avqustun 30-u axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açıq olacaq.

“Sputnik Armenia” xəbər verir ki, yolu Gorus-Xankəndi magistralı ilə birləşdirən 4,7 kilometrlik hissənin asfaltlaşması işləri bitib.

Bundan əvvəl yoldan istifadə olunmasına avqustun 31-də başlanacağı bildirilmişdi.

Qeyd edək ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun öz ərazisinə düşən 22 km-lik hissəsini vaxtından əvvəl istifadəyə verib.

Ermənistan isə yolun 11,8 kilometrlik Tex-Kornidzor hissəsinin inşasına yeni başlayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top