“Azərişıq” Ağcabədinin kəndlərinin elektrik şəbəkəsini yenidən qurur — VİDEO

SƏNAYE VƏ ENERGETİKA 29 avq 2022, 13:55
“Azərişıq” ASC Ağcabədi rayonunun kəndlərinin elektrik şəbəkəsini yenidən qurur.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Ağcabədinin Cəfərbəyli və Ağabəyli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. 

Yenidənqurma işləri çərçivəsində 1000-dən çox sakinin yaşadığı Cəfərbəyli kəndində 3 komplekt transformator məntəqəsi istismara veriləcək. Ümumilikdə 25 km-dək elektrik xətti yenilənəcək.

Ağcabədinin Ağabəyli kəndində də yenilənmə işlər davam etdirilir. 700-ə yaxın sakini olan Ağabəyli kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 20 km-ə qədər elektrik xətti dəyişdirilərək izoliyasiyalı naqillərlə əvəzlənəcək. 

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Ağcabədinin Cəfərbəyli və Ağabəyli kəndləri ilə yanaşı, Mehrablı kəndində də  işlər aparılır. Növbəti mərhələdə isə rayonun Şənlik və Qardolaq kəndlərinin də elektrik şəbəkəsi yenidən qurulacaq. 

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik. 



Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top