İsrail səfiri Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verdi

GÜNDƏM 28 avqust 2022, 20:45
İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehirli nağılları” kitabının müəllifi, professor Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə o tvitter hesabında paylaşım edib.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, professor, “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə ötən gün vəfat edib. Bir müddət əvvəl Corc Dikin tviter hesabında “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olmuşdu.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top