Turistləri daşıyan avtobus dərəyə aşdı — Ölən və yaralılar var/VİDEO

REGİON 28 avqust 2022, 13:02
Türkiyənin Bursa vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, çox sayda yaralı var.

Qəza Kütahya-Bursa yolunda baş verib. Dərəyə aşan avtobusun içində 47 turist olub. Onlardan ikisi ölüb, 28 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım, polis və Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin briqadaları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top