Daha bir məşhur Gülşənə DƏSTƏK OLDU - FOTO

REGİON 28 avq 2022, 11:16
Gənc müğənni Aleyna Tilki İmam Hatip liseyi şagirdləri ilə bağlı dediklərinə görə həbs edilən Gülşənə dəstək olub.

Demokrat.az
xəbər verir ki, sosial media hesabında paylaşım edən Tilki Gülşənin azadlığa buraxılmalı olduğunu bildirib.

Səhnədəkilərin günahsız olduğunu müdafiə edən müğənni, “Gülşən səhnədəki etibarı ilə ictimaiyyətin yanlış etik damarına toxunsa da, bu onun niyyətini göstərmir” – deyə qeyd edib.

“Ümumiləşdirmələr çox vaxt səhv başa düşülür. (Hətta bu cümlə də səhv başa düşülə bilər.) Gülşənin səhnədə olan güvəni ilə; təsadüfən izləyicilərin etik damarına toxunsa da, fikir və söz azadlığını hiss edərək zarafat etməsi onun niyyətindən xəbər vermir. Səhnədəkilər günahsızdır... Həm də çox məsum. Çünki azadlıq bizim mahiyyətə ən yaxın yerimizdir. Davamlı olaraq nə deyəcəyini, nə düşünəcəyini hesablayanlardan çox... Ruhi xəstələrin rahatlığı pozulmur, ürəyi ilə yaşayanların həyatı isə sanki gedəcək yerləri yoxmuş kimi...” – A.Tilki qeyd edib.

Bakırköy Qadın Qapalı Həbsxanasında saxlanılan Gülşənin sərbəst buraxılmasını tələb edən minlərlə sosial media istifadəçisi isə “Gülşentahliyeedilsin” həştəqi ilə paylaşımlara başlayıb.

Xatırladaq ki, konsertində İmam Hatip liseyi şagirdlərinə dediyi sözlərə görə nəzarətə alınan müğənni Gülşən Sülh Cəza Hakimliyi tərəfindən həbs edilib. Gülşənə qarşı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Türkiyə Cəza Məcəlləsinin 216-cı maddəsi çərçivəsində “xalqı kin və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” maddəsi ilə istintaq başladılıb. O, prokurorluğa verdiyi ifadədən sonra həbs edilib.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top