“Ermənistanla bu məsələdə yeganə yol güc yoludur” — Tural Abbaslı

GÜNDƏM 25 avqust 2022, 13:33
Azərbaycan-Ermənistan nümayəndələri bu ay Moskvaya toplaşır. Bəs, İrəvan hökuməti bu dəfə sərhədlərin demarkasiyası məsələsinə ciddi yanaşacaqmı? 

Ağ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, əslində ermənilər bu məsələyə ciddi yanaşırlar, ancaq realist yanaşacaqları sual altındadır.

“Maraqlıdır ki, ermənilər bugünklü siyasi və hərbi reallıqları nəzərə alaraq danışacaqlarmı, yoxsa ki, yenidən “Böyük Ermənistan” xülyalarında olan bir dövlət kimi yanaşacaqlar? Düşünürəm ki, ermənilər xislətlərindən əl çəkməyəcəklər. Son ana qədər yenə bu məsələləri uzatmağa çalışacaqlar. Çünki ermənilər bilir ki, dünyada və regionda baş verən hər bir hadisə Azərbaycanın mövqelərini zəiflədib, onlarınkını gücləndirə bilər. Yaxud da, əksinə. Nəzərə alsaq ki, dünyada  siyasi  proseslər çox sürətlə inkişaf edir. Həm də Rusiyanın artıq Ermənistanın himayədarı rolunda çıxış etdiyi bir zamanda  və həm də eyni zamanda Rusiyaya da bu konfliktin uzanması sərf etdiyi bir məqamda ermənilər niyə demarkasiya və delimitasiyaya məsələlərində daha obyektiv və realist yol tutmalıdırlar axı?! Mən inanmıram ki, onlar bu konstruktiv yanaşma tərzini sərgiləyəcəklərini. Əksinə düşünürəm ki, müxtəlif bəhanələrlə bu məsələni uzadacaqlar. Yaxud da, hər hansı sənəd imzalansa belə, razılaşma əldə olunsa belə, sonradan o razılaşmanı pozacaqlar. Yəni, biz Ermənistanla bu və digər mövzularda məsələləri dəqiqləşdirmək istəyiriksə, yeganə bunun həll yolu güc yoludur, danışıqlarla, diplomatik yollarla ermənilərlə heç bir razılıq əldə etmək mümkün deyil”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top