İbrahim Tatlısəs yol qəzasına düşdü

ŞOU-BİZNES 25 avq 2022, 13:07
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs yol qəzasına düşüb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Bodrum şəhərində qeydə alınıb.

Sənətçinin içərisində olduğu mikroavtobus yük avtomobili ilə toqquşub və nəticədə yoldan çıxaraq dərəyə yuvarlanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.

Müğənninin xəsarət aldığı və qızının da avtomobildə olduğu bildirilir.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top