Ekspert: “Ölkədə bu qədər ali təhsil alana ehtiyac yoxdur”

GÜNDƏM 25 avq 2022, 11:58
“Azərbaycandan beyin axını başqa ölkələrə gedir. Geri dönüş üçün şərait olmadığını gördükdən sonra başqa dövlətlərin marağına xidmət edirlər.  Səbəb odur ki, onlar oradakı vəziyyəti görür və ölkəmizdə isə həmin prespektivi görmürlər. Bəlkə də bu onunla əlaqədardır ki, ölkədə bu qədər ali təhsil alana ehtiyac yoxdur. Misal üçün Azərbaycan hədəf üçün rəqabət götürdüyü dövlətlər o qədər də öndə deyil. Bu baxımdan yerli kadrlar da bunu doldurmağa kifayət edir. Amma dərinə getdikdə təhsil özüdə biznesdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib. İqtisadçı qeyd edib ki, bu biznesdən yaxşı pul qazanmaq olar:

“Misal üçün həmin kadrları təcrübə proqramlarında istifadə etmək olar. Almaniyada yaşayan bir azərbaycanlı qeyd edirdi ki, mən nə qədər Almaniyadayam özümü ezamiyyədə hiss edirəm. Geri dönüşüm isə yalnız son mənzilimdə olacaq. İmkan olsa idi, geri dönüş edərdim və burada öyrəndiklərimi öz həmvətənlərimlə bölüşərdim.



Türkiyə Respublikasının prezidenti cənab Ərdoğan Almaniyada yaşayan həkimləri geri çağırıb və Türkiyədə onlara şans yaradacağını və Almaniyada onların qazandığı pulun 2 qatını onlara verəcəyini söyləmişdir. Nəticədə xeyli sayda Türkiyəyə həkim geri dönüş etdi, Almaniya ölkəsi isə uduzan tərəf oldu. Bu onunla bağlı idi ki, Almaniya özü miqrantların əlindən bezmişdi. Əsas ölkə kimi də Türkiyəni hədəfə alırdı. Halbuki, II Dünya Müharibəsi bitəndən sonra, Almaniya hökuməti özü türkləri ölkəyə dəvət etmişdir ki, tikinti-quruculuq işləri aparsınlar. Türklərin orada çox yaşamasının səbəbi Almaniyanın özünün vaxtı ilə dəvəti idi. Türkiyə artıq innovasiya texnologiyaları üzrə mütəxəssisləri də geri çağırır və bu da ona hərbi sənayeni yüksəltməyə kömək edir. Bəlkə biz də qardaş ölkəyə baxaraq özümüzü inkişaf etdirə bilərik. Çünki qardaş ölkə bizim yüksək intelektə sahib həmvətənlərimizi də, öz ölkəsinə dəvət edir. Onları yetişdirərək peşakar səviyəyə gətirib çıxarır. Rusiyanı götürsək onlarda da, beyin axının ölkəni tərk etməsini görə bilərik, bu səbəbdən də, onlar müvəffəqiyyət qazana bilmirlər. Ona görə də, hər vəchlə çalışmalıyıq ki, beyin axınını ölkəmizə qayıtsın”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top