Qubada meşənin 500 hektarı yandı, yanğın lokallaşdırıldı — FOTOLAR

HADİSƏ 20 avq 2022, 13:42
Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.

Bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.

O qeyd edib ki, hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur:

"Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib. Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top