“Türkiyə və İsrail münasibətləri regionda sabitliyin bərqərarı üçün yaxşı töhfələr verəcək” — ŞƏRH

GÜNDƏM 20 avq 2022, 12:25
“Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması təkcə regionda yox, dünyada sülhün bərqərarı və nizamın bərpası üçün çox gözəl fürsətlər verir. Çünki ən qaynar nöqtələrdən biri Orta Şərqdir. Burada daimi müharibələrin getdiyi bilirik. Burada iki güclü dövlətin Türkiyə və İsrailin yaxşı tərəfdaşlıq müstəvisində fəaliyyəti bu regionda sabitliyin bərqərarı üçün yaxşı töhfələr verəcək”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Elman Fəttah deyib.

Onun sözlərinə görə, bu, Qafqazda Türkiyənin güclənməsinə də faydası olacaq:



“Çünki bilirsiniz ki, İsrail Azərbaycanın yaxın müttəfiqlərindən biridir. Türkiyədən sonra ən yaxın müttəfiqidir. İrandan Azərbaycana ciddi təhlükələr var. İsrailin İrana qarşı siyasəti Azərbaycana olan dəstəyi daha da artıracaq. Türkiyə ilə yaxşı münasibətlır isə bu dəstəyin daha hormonal və daha güclü formada aşkara çıxmasına səbəb olacaq. Bu baxımdan bu münasibətlərin yaxınlaşması Azərbaycanın maraqları üçün son dərəcə əhəmiyyətlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top