Ukrayna-Türkiyə bərpa məsələləri üzrə birgə işçi qrupu yaradacaq

DÜNYA 18 avq 2022, 20:52
Ukrayna-Türkiyə bərpa məsələləri üzrə birgə işçi qrupu yaradacaq.

Bu. Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Ukraynanın infrastrukturun müharibədən sonra bərpasında iştirakını nəzərdə tutan anlaşma memorandumunda öz əksini tapıb.

Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıblar.

“Türkiyə strateji müttəfiqimizdir. Rusiya tərəfinin dağıtdığı infrastrukturun bərpasında əməkdaşlığa hazır olduqlarına görə türkiyəli tərəfdaşlarımıza minnətdarıq. Türkiyə biznesinin yol və körpülərin, xüsusilə də Zaporojye və Kremençuq körpülərinin, eləcə də yolların tikintisi sahəsində böyük təcrübəsi var, onlar özünü etibarlı tərəfdaş kimi təsdiqləyiblər. Ona görə də artıq qısa zamanda birgə bərpanın konkret praktiki nəticələrinə nail olacağımıza ümid edirik”, - A.Kubrakov deyib.

Ehtimal edilir ki, Türkiyənin hökumət və biznes strukturları konkret bərpa layihələri hazırlaya, həmçinin konsaltinq və texniki yardım göstərə bilərlər.

İlkin layihə kimi Kiyev vilayətinin Romanovka kəndində Buça və İrpen şəhərlərini paytaxtla birləşdirən körpünün bərpası nəzərdə tutulur.

“Yaxın vaxtlarda bərpa məsələləri üzrə Ukrayna-Türkiyə Birgə İşçi Qrupu yaradılacaq və bu qrup çərçivəsində konkret layihələrə Türkiyə sərmayələrinin cəlb edilməsi mexanizmləri işlənəcək”, - məlumatda deyilir.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top