"Qarabağ" - "Viktoriya" oyununda insident baş verdi

İDMAN 17 avq 2022, 22:27
Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda insident baş verib.

"Report"un məlumatına görə, 23-cü dəqiqədə qonaqların futbolçusu Con Moskera "Qarabağ"ın müdafiəçisi Marko Veşoviçlə mübahisə edib. Bu zaman o, monteneqrolu oyunçunu itələyərək yıxıb.

Nəticədə Moskera sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top