Son sutkada koronavirusa yoluxanların sayı 700-ü keçdi

SOSİAL 17 avq 2022, 16:44
Azərbaycanda son gündə 710 nəfər koronavirusa yoluxub.

Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, 503 nəfər müalicə olunaraq sağalıb, ölüm halı qeydə alınmayıb.

Ölkədə bu günədək ümumilikdə 806 472 nəfər koronavirusa yoluxub. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 427 nəfərdir.

Son gün ərzində 4852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top