Ermənistanda matəm elan olunacaq

REGİON 16 avq 2022, 12:53
“Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar Ermənistanda matəm günü elan ediləcək”.

Bu barədə “News.am”a hökumətin informasiya departamentindən məlumat verilib.

Bildirilib ki, hökümət matəm gününün tarixinə axtarış-xilasetmə əməliyyatlarından sonra qərar verəcək.

Qeyd edək ki, avqustun 14-də “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər həlak olub. 17 vətəndaş itkin düşmüş hesab olunur, onlardan biri İran, digəri Rusiya vətəndaşıdır. 12 zərərçəkənin müxtəlif xəstəxanalarda müalicəsi davam etdirilir, səhhətləri qənaətbəxş qiymətləndirilir. Xəstəxanaya yerləşdirilən digər xəstələr isə vəziyyətlərinin müsbət dinamikası ilə əlaqədar evə buraxılıblar. 21 avtomobil də dağıntılar altından çıxarılıb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top