Deputat: “İşğaldan azad olunmuş ərazilərdə ərzaq təhlükəsizliyinin təmin olunması üçün lazım olan şərait var”

GÜNDƏM 15 avq 2022, 12:37
“Bu gün ərzaq təhlükəsizliyinin təmin olunması, ölkə vətəndaşlarının ərzaqla təmin olunması hər bir insanı, ictimaiyyəti ciddi düşündürməkdədir. Ötən gün Cənab Prezident öz çıxışında da qeyd etdi ki, regionların sosial-qitisadi inkişafı sahəsində həyata keçirilən çox mühüm tədbirlər bu gün bizə imkan verir ki, biz yerlərdə sahibkarlığı daha da sürətlə inkişaf etdirək və ölkənin ərzaq təhlükəsizliyinə yeni töhfələr verək. Ölkə rəhbəri bildirib ki, artıq ölkə özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd məhsulları ilə 85 faiz təmin edir. Prezident vurğuladı ki, biz bu tempi bir neçə ilə belə saxlamalıyıq və əlbəttə bununla bərabər biz irəliyə getməliyik”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat vurğulayıb ki,  Cənab Prezident çıxışında ərzaq təhlükəsizliyini, xüsusilə də ərzaqlıq buğdanın yetişdirilməsi, məhsuldarlığın artırılması sahəsində görülən tədbirlərin vacibliyi barədə danışıb:

“Artıq işğaldan azad olunmuş ərazilərdən 50 min hektar taxıl əkilmiş və taxıl biçini yekunlaşmaq üzrədir. Gələcəkdə sahələrin həcmi 100 min hektara çatdırılmalı və biz yaxın 2-3 ildə ölkəni 80 faiz həcmində ərzaqlıq buğda ilə təmin etməliyik. Bunun üçün hər cür şərait var. Bu nəticəyə nail olmaq üçün ilk növbədə məhsuldarlıq artırılmalıdır. Məhsuldarlığın artırılması üçün də vacib olan bir çox məsələlər həyata keçirilməlidir. Dövlətimizin başçısı qeyd edib ki, bunun üçün əlavə subsidiyalar bəyan olunmalıdır. Texnoloji proseslər təkmilləşdirilməlidir, torpaqlardan səmarəli istifadə olunmalıdır. Hər vasitə ilə hektardan məhsuldarlığın artırılması təmin olunmaldıır. Əlbəttə ki, bu, bu günümüz, sabahımız çün çox vacibdir. Cənab Prezident də bildirib ki, işğaldan azad olunmuş ərazilərdə ərzaq təhlükəsizliyinin təmin olunması üçün lazım olan imkan və şərait vardır. Vaxtilə Ağdamda, Füzulidə, Cəbrayılda və yüksək taxıl sortları yetişdirilmiş və məhsullar əldə edilmişdir. Digər rayonlar heyvandarlığın, tütünçülüyün, baramaçılığın inkişafı üçün əlverişli zonalardır. Əlbəttə ki, Qarabağda və Şərqi Zəngəzurda torpaqların yararlaşdırılması, torpaqlardan səmərəli istifadə olunması üçün ciddi tapşırıqlar, vəzifələr qarşıya qoyulub. Bu vəzifələrin əməl olunması üçün tədbirlər görülür”. 

“Sözsüz ki, insanlar o ərazilərdə məskunlaşandan sonra təsərrüfatların, aqrar sektorun inkişafı üçün yeni əlavə tədbirlər həyata keçiriləcəkdir. Ölkə rəhbərinin çıxışı hər bir vətəndaş tərəfindən rəğbətlə qarşılanır. Bu çıxışda qarşıya qoyulan vəzifələr o istiqamətdə həyata keçirilən tədbirlər bilavasitə iqtisadiyyatın inkişafına, insanların həyat və şəraitinn yaxşılaşdırılmasına yönəlib. Həmçinin, yeni iş yerlərinin açılmasına və firəvan həyatın təmin olunmasına istiqamətləndirilmişdir. Çıxış vətəndaşların gələcəyinə hesablanıb və buna görə də, regionların sosial-iqtisadi inkişafı, eləcə də ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi, nəinki dövlətdən, eləcə də hər bir sahibkardan, vətəndaşdan öz işinə məsuliyyətlə yanaşmağı ölkə rəhbərinin qarşıya qoyduğu tapşırıqları ləyaqətlə yerinə yetirməyi tələb edir”, - deyə deputat sonda fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top