Pakistan səfiri Azərbaycan hökumətinə təşəkkür etdi — FOTO

XARİCİ SİYASƏT 14 avq 2022, 11:35
Pakistanın Azərbaycandakı səfirliyi ölkənin Müstəqillik Gününü qeyd edib.

Demokrat.az
xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.

Müstəqilliyin 75-ci ildönümü münasibətilə səfirlikdə Pakistanın bayrağı qaldırılıb, ölkə Prezidentinin və Baş nazirinin məktubları oxunub.

Bilal Haye jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir və bu, bir çox sahələri əhatə edir, dərin tarixə malikdir: “Azərbaycan həmişə Pakistanı dəstəkləyir, necə ki, Pakistan da Azərbaycana dəstək verir. Ölkəmiz Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub. İkitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan hökumətinə təşəkkür edirəm”.

Səfir ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafından da danışıb, hazırda Pakistanın Kəraçi, Lahor və İslamabad şəhərlərindən Azərbaycana həftədə 4 təyyarə reysi həyata keçirildiyini, bir həftə ərzində Azərbaycana 1 000-dən çox turistin səfər etdiyini bildirib. “Onlar daha çox səyahət etmək və Azərbaycanın biznes imkanları ilə tanış olmaq üçün gəlirlər. Bu, iki ölkənin iqtisadi potensialının inkişafı üçün yaxşı əlamətdir”, - səfir bildirib.

“Azərbaycanın rəhbərliyi çox önəmlidir, Azərbaycan regionda sabitliyə, sülhə və firavanlığa nail olmağa çalışır. Sülhdən başqa alternativ yoxdur. Sülh təkcə qonşu ölkələr üçün deyil, həm də bütün region və beynəlxalq ictimaiyyət üçün vacibdir”, - B.Haye qeyd edib.

Xatırladaq ki, bu il həm də Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top