İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəldi

İDMAN 12 avq 2022, 09:35
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 7-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 28-ə yüksəlib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, medallardan 7-si qızıl, 10-u gümüş, 11-i bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan Qazaxıstanı da geridə qoyaraq, iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 89 (34 qızıl, 30 gümüş, 25 bürünc), İran 39 (15 qızıl, 14 gümüş, 10 bürünc) və Özbəkistan 39 (11 qızıl, 10 gümüş, 18 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 35-i medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (4 qızıl, 4 gümüş, 5 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), para-oxatma (2 bürünc) və ağırlıqqaldırmada (1 bürünc) əldə edib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top