Ağdamda kvadratmetri 1250 manata mənzillər satışa çıxarıldı — DETALLAR

BİZNES 11 avq 2022, 16:30
Azərbaycanın işğaldan azad edilən ərazilərində, daha dəqiqi Ağdamda özəl şirkət yeni çoxmənzilli bina – “novostroyka” tikintisinə başlayıb.

Demokrat.az xəbər verir ki, Ağdamın mərkəzində tikilən bina “Ağdam şəhərinin ilk müasir yaşayış kompleksi” kimi təqdim edilir. Fərqli memarlıq üslubu ilə 6 mərtəbədən ibarət binada mənzillər 30% ilkin ödənişlə 36-48 aylıq faizsiz kreditlə satılır. Mənzillərin kvadratmetri 1250 manatdır.

Tikintini həyata keçirən “Parkhill” şirkəti Bakıda tikiniti işləri ilə tanınır. Şirkətin bütün layihələri Bakının bütün tikinti şirkətləri üçün açıq olmayan ərazisində “Ağ Şəhərdə” həyata keçirilir.

Tikinti şirkətində Ağdamda yaşayış binasının tikintisini  təsdiqləyiblər. Buradan bildirilib ki, “Park Qarabağ” adlanan kompleks şəhərin mərkəzində, məscidin yaxınlığında, gələcəkdə salınacaq Ağdam şəhəri miərkəzi parkının yaxınlığında inşa edilir. Eyni zamanda yeni tikilən bina yeni açılacağı gözlənilə Ağdam-Bərdə yolunun üstünlü yerləşir.

Şirkətdən bildirilib ki, artıq burada bina tikintisinə icazə verilir. “Burada dövlətin və sahibkarların layihələri var”.

Ağdamda inşa edilən binada mənzillərin qiymətinin belə bahalı - kvadratmetri 1250 manat olmasına gəlincə, şirkət nümayəndəsi buna zarafatla “Masazır deyil, Əhmədli deyil, Ağdamdır, o torpaqlar dəyərlidir” deyə bildirib.

Daha sonra isə bildirilib ki, Ağdamda tikilinin maya dəyəri yüksəkdir:

“Beton-armaturun qiyməti artıb, Bakıda fəhlə günü 20 manat işləyirsə, orada 40 manata işləyir, armatur burada bazardan 100 manata gəlir, oraya isə 400 manata gedir. Demək olar, başa gəlmə qiymətinə satırıq” - deyə şirkətdən bildirilib. (fed.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top