Xərçəngə tutulan Zeynəb Həsənidən səhhəti ilə bağlı yeni paylaşım — FOTOLAR

ŞOU-BİZNES 11 avq 2022, 12:17
Bir müddət əvvəl xərçəngə tutulduğu aşkarlanan müğənni Zeynəb Həsəni sosial şəbəkədə paylaşım edib.

Demokrat.az xəbər verir ki, Zeynəb instaqram hesabında yeni fotolarını paylaşıb və onunla maraqlanan hər kəsə təşəkürünü bildirib:

"Səhhətimlə bağlı maraqlanan, narahat olan hər kəs, ağlıma gəlməyən şəxslər belə, məni tanıyanlar, tanımayanlar, var olun. Yaxşı ki, varsınız. Hər kəsə tək-tək yaza bilmirəm, amma bilin ki, hər biriniz qəlbimdəsiniz. Sizin sevginiz məni ruhlandırır, çox sağ olun ki, mənimləsiniz. Səhhətim, şükürlər olsun ki, qaydasındadır".

Xatırladaq ki, bu il iyulun 28-də Zeynəbdə xərçəng xəstəliyi aşkarlanıb. Tanınmış müğənni Türkiyədə əməliyyat olunub. Onun müalicəsi davam edir.

Müğənninin anası Əminə xanım xərçəngdən vəfat edib.
 


Məlik
Demokrat.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top