“Qarabağ” Çempionlar Liqasından nə qədər qazanacaq?

İDMAN 11 avq 2022, 12:11
"Qarabağ" Çempionlar Liqasında qrup mərhələsinə düşərsə 15,64 milyon avro qazanacaq.

Offsideplus.az "Footballtransfers"ə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Plzen "Viktoriya"sına qalib gəlib ÇL-nin qrupuna düşsə, qazanacağı hər oyuna görə 2,8 milyon avro gəlir əldə edəcək. Heç-heçə isə "Qarabağ"a 930 000 avro vəsait qazandıracaq.

"Qarabağ" pley-off mərhələsində məğlub olarsa, 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qalibi 20 milyon avro, ikinci yer sahibi isə 15,5 milyon avro ilə mükafatlandırılacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top