Gədəbəydə qohumlar torpaq sahəsi üstündə qanlı davaya çıxdılar — TƏFƏRRÜAT

KRİMİNAL 11 avq 2022, 10:27
Gədəbəy rayonunda 1971-ci il təvəllüdlü Ənvər şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşının arvadı Tahirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 21-də baş verib. 

Cinayət işi üzrə ifadə verən Ənvər bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir: "Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla himayəmdə üç azyaşlı uşağım var. Zərərçəkmiş Tahirə qardaşım İsanın arvadıdır. Ailə üzvlərim ilə birlikdə ata yurdunda yaşadığıma görə, qardaşım İsa qonşuluqda ev tikib, arvadı Tahirə ilə qonşuluqda yaşayır. Qardaşım və onun ailəsi ilə 15 il olar ki, torpaq üstündə mübahisələrimiz yaranıb. Qardaşım və arvadı bizə məxsus olan atadan qalma torpaq sahəsini əlimizdən alaraq mənimsəmək istədiyinə görə ata-anamın sağlığından onunla və ailəsi ilə danışmamışıq. Atam və anam öləndə qardaşım ailəsi onların yasında belə iştirak etməyiblər". 

Ənvər qeyd edib ki, noyabrın 21-də, saat 10 radələrində arvadı ilə Novosaratovka kəndinin bazarına gedən zaman qardaşı arvadı Reyhanla həmin yerdə qabqalaşıblar: “Reyhan bizi gördü və məni söyməyə başladı. Reyhanın məni söyməyindən əsbləşərək, onun yaxasından tutdum və dartdım. Həmin vaxt Reyhan yerə yıxıldı. Reyhan məni və arvadımı söydü. Hirslənərək təpiklə Reyhanın sol bud nahiyəsindən vurdum. Həmin vaxt arvadım məni sakitləşdirdi. Mən də Reyhandan aralandım, Sonra arvadım ilə Saratovka bazarına getdik. Reyhan isə evinə tərəf getdi”.

Zərərçəkmiş Reyhan isə ifadəsində mübahisəli torpaq sahəsinin qaynı Ənvər tərəfindən mənimsənildiyini deyib. 

O bildirib ki, hadisə günü Ənvət onu küçədə amanszılıqla döyüb. O, qayınını arvadı tərəfindən də döyüldüyünün iddia edib. 

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Ənvərin aylıq qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top