Eyni killer: "Erməni oğru dünyası-erməni ordusu" modelində, vasitəçi, altıbarmaq general Samvel Karapetyan

GÜNDƏM 10 avq 2022, 21:47
Qarabağda ilk atəşi 1988-ci ilin 22 fevralında məhz bu şəxs açıb-Samvel Karapetyan.

Killerləriylə birgə iki nəfər ağdamlını qətlə yetirib Əskəranda.

Ermənistanda da dinc etirazçılara qarşı ilk atəşi eyni ssenari, eyni sifarişlə, eyni killerlərlə məhz o, açıb-Samvel Karapetyan. 2008-ci ilin 1 mart tarixində. Nəticədə 10 nəfər dinc etirazçı həlak olub.

1998-99 il Yerevanındakı saray çevrilişini də, məhz o həyata keçirib. Ermənistan parlamentindəki deputatları da, 1999-cu ildə məhz o, öz snayperləri vasitəsi ilə aradan götürüb.

Bu dəfə də eyni ssenarini həyata keçirmək istəyirdi.

Alınmadı.

"Erməni oğru dünyası- erməni ordusu" modelində, vasitəçidir. Asma körpüdür hər iki qurum arasında.

Bütün daxili, xarici mafioz çəkişmələrdə eyni snayperlərdən istifadə edir.

Paşinyana qarşı son, indiki qəsddə fəalllıq göstərsə də, oxu daşa dəyib bu dəfə.

Əvvəl həbsə, sonra bir növ təqaüdə göndərilib.

Snayperlərini təhvil verib Paşinyana...

Araşdırmalar gedir.

Cinayətləri saysızdı.

Bakıdakı "qanuni erməni oğrusu" altıbarmaqlı Vaçkosun bacısı oğludur.

Özü də altıbarmaqlıdır.

Snayper tüfənginin tətiyini altıncı barmağı ilə sıxırmış.

Snayperlərinin də hamısı altıbarmaqlı idi, biləsiz.

Həmid Herisçi
visiontv.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top