Elman Nəsirov fotosundan danışdı: “Həftədə 3 dəfə trenajorda oluram…”

SOSİAL 09 avqust 2022, 23:29
Milli Məclisin deputatı Elman Nəsirovun sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub.

Fotodakının Elman Nəsirov olmadığı, “Photoshop”dan istifadə etdiyi ehtimal edilib.

 Elman Nəsirov Pravda.az-a açıqlamasında bunun “Photoshop” olmadığını deyib:

“Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top