Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

GÜNDƏM 09 avq 2022, 11:45
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Demokrat.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Əməliyyat işləri üzrə rəis müavini polkovnik-leytenant Vüsal Mirzəzadə vəzifəsindən azad edilərək Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Şəxsi heyətlə iş üzrə rəis köməkçisi təyin olunub.

Onun yerinə Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə isə polis mayoru Nəsirəddin Orucov təyinat alıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sen 2022, 18:25
Top