Maşının şüşəsindən çıxıb rəqs edən qız asfalta çırpıldı — VİDEO

HADİSƏ 06 avq 2022, 22:28
Sosial şəbəkələrdə yayılan görüntülər gündəm olub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyada baş verib. Belə ki, hərəkətdə olan avtomobilin pəncərəsindən çölə "sallanan" qız, yıxılaraq asfalta çırpılıb.

Arxadan gələn avtomobillərin hadisəyə tez reaksiyası olmasaydı bəlkə də qız maşınların altında qalardı.

Analoji hallara çox təəssüflər olsun ki, paytaxt küçələrində, dəniz kənarında, şəhərdən kənarda istirahətə gedən həmyerlilərimiz arasında da rast gəlmək olur. “Əylənirik, heç nə olmaz” deyərək təhlükəli hərəkət edənlər yarana biləcək qəzanın sanki fərqində deyillər. Ələxsus azyaşlıları avtomobildə nəzarətsiz qoyaraq bu kimi hallara yol verilməsinə şərait yaradan valideynlərə bu görüntülər dərs olsun.(avtosfer.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top