Kubada neft anbarında yanğın: 50-dən çox yaralı var

DÜNYA 06 avq 2022, 20:47
Kubanın Matanzas əyalətində neft anbarını ildırım vurması nəticəsində yaranan böyük yanğın daha da güclənib.

Demokrat.az bildirir ki, yanğın zamanı  52 nəfər xəsarət alıb.

Yaxınlıqda dörd partlayışın qeydə alındığı qeyd edilir. Zərərçəkənlərin hamısı hazırda xəstəxanaya yerləşdirilib, onlardan 10-nun vəziyyəti ağırdır.

Yanğınsöndürənlər hadisə yerindədir və neftin dağılması barədə məlumat yoxdur. Bundan əvvəl Kubanın Energetika və Mədən Nazirliyi hadisənin Kubanın yaxınlıqda yerləşən ən böyük elektrik stansiyasının işinə təsir etmədiyini bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top