TƏBİB-dən Babadağda qalanlarla bağlı AÇIQLAMA

GÜNDƏM 06 avq 2022, 19:46
Bu gün saat 15:44 radələrində təcili tibbi yardım avtomobili ilə İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalan üç nəfər Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

TƏBİB-dən APA-ya bildirb ki, hər üç şəxsə də bədənin müxtəlif nahiyələrində yumşaq toxumaların əziyi və sıyrıntıları diaqnozu qoyulub. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olub.

Hər biri vəziyyətləri qənaətbəxş olduğu üçün xəstəxanada yatmaqdan imtina ediblər və yazılı iltizam yazdıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top