“Bu gün daha çox müasir dövrün tələblərinə cavab verən mütəxəssislərə, yeni yanaşma ilə fərqli əmək bazarı tələblərinə uyğun olan peşəkarlara ehtiyac var”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib.
İqtisadçının sözlərinə görə, bu gün müasir dövrün tələblərinə cavab verən peşakarların çox cüzi faizi üzdədir:
“Çox təəssüf ki, ölkəmizdə əksər peşakar kadrlar kölgədə qalıb. Bunun isə bir çox səbəbləri var. Birincisi, peşəkar kadrlar daha sərbəst öz fikirlərini açıq söyləyən olur və peşəkar kadrların özünəgüvən hissi daha yüksək olur. Peşəkar kadrlar çox vaxt öz ideyalarını həyata keçirilməsini rəhbərlikdən tələb edir. Peşəkar kadrlar az maaşa, yəni qəpik-quruşa işləmir. Onların ən üstün cəhətlərindən biri komandada işləmək, liderlik bacarığına malik olmalarıdır. Ən əsası isə onları rüşvətə, korrupsiya bulaşdırmaq çətin olur. Onlar boşuna risk etməzlər və məsləhəti də verəndə öz nüfuzunu qorumaq üçün düzgün məsləhət verməyə çalışırlar. Peşəar kadrlar addım atdıqda min ölçüb bir biçirlər. Yəni, peşəkar işçilər bir yerdə özünü rahat hiss etmədikdə, oranı astaca tərk edə bilər. Yəni, onlar üçün rahat şəraitin yaradılması önəmlidir”.

Ekspertin sözlərinə görə, peşəkarlıq bir işdə tək uzunmüddət işləməklə ölçülmür:
“Peşakarlar müasir dünyanın tələblərinə cavab vermək, daim öz biliklərinin üzərində işləmək, davranışına daimi fikir vermək, diqqətli olmaq və sair prinsiplərlə ölçülür. Bu gün ölkəmizdə təəssüf olsun ki, rəhbərlik belə keyfiyyəti olan şəxslərdən ehtiyat edir. Nəticədə belə insanlar çox vaxt kölgədə qalır. Hətta, öz bizneslərini qurmaqda ehtiyat edirlər. Beləliklə peşəkar kadr anlayışı tək sözdə deməklə deyil, belə kadrları tapıldıqda onları rəhbərlik qorumalıdır. Onlar müəssisənin lokomotividir. Adi xidmət sahələrində biz müşaidə edə bilərik ki, elə sahələr var ki, orada peşəkarlıq səviyyəsinə çatmaq üçün illər lazım olur. Belə şəxslər artıq 50 yaşına gəlib peşakar olduqda onu digər işlərə götürmürlər və əvəzində universiteti yenicə bitirmiş şəxsləri işə götürürlər. Yəni, illərini qoyub əziyyət çəkib, artıq əziyyətinin bəhrəsini dadmaq istədikdə rəhbərliyə bu şəxslər lazım olmur. Səbəb bəllidir. Tələblər artıb və tələblərin qarşılığında rəhbərlik ona istədiyini verə bilmir. Nəticədə daha təcrübəsiz kadrlar işə cəlb olunur”.
R.Qarayev əlavə edib ki, ölkəmizdə peşəkar kadrların işə cəlb olunması üçün "Yüksəliş" müsabiqəsi keçirilir:
“Bununla qaliblər ehtiyat kadr bankına daxil edilir. Əslində bunu müsbət də dəyərləndirmək olar, mənfi də. Mənfi prinsipinə yanaşdıqda görərik ki, burada seçilən kadrlar menecerlər qismində seçilir. Amma onların bilik bacarığı tək menecerliklə yekunlaşmamalıdır. Qaliblər tək dövlət işinə yaxın işdə çalışmamalıdır. Əksər qaliblərə baxdıqda onlar dövlət strukturunda müxtəlif vəzifələrdə çalışırlar. Amma kadrların çoxu qeyd etdiyim kimi kölgədədir. Onlar nə vaxt bu kölgədən çıxacaq bunu zaman göstərəcək”.
Aynurə Pənahqızı
Demokrat.az