Türk Dövlətləri Təşkilatı Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi

SİYASƏT 05 avq 2022, 20:27
Türk Dövlətləri Təşkilatı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilmiş hücumu pisləyib.

Demokrat.az xəbər verir ki, bu barədə təşkilatın "Twitter" səhifəsinə yazılıb.

"Türk Dövlətləri Təşkilatının təsisçi üzü Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplar tərəfindən törədilən hücumu pisləyirik. Bu insanlıqdan kənar aksiyanın ətraflı şəkildə araşdırılmasını tələb edirik", - bəyanatda deyilir.

Xatırladaq ki, səfirliyə bir qrup şəxsə tərəfindən hücum ötən gün qeydə alınıb. Hücuma görə London polisi 8 nəfərin saxlandığını bildirib.

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top