“Qarşıda daha tutarlı və miqyaslı əməliyyatların şahidi olacağıq” — ŞƏRH

GÜNDƏM 05 avq 2022, 15:39
“Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları göstərdi ki, gərginlik davam edəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib. 

O vurğulayıb ki, Ermənistan öhdəliklərinə əməl etmək niyyətində deyil:

“Bizim burada iki yanaşmamız var. Birinci yanaşma odur ki, Azərbaycanın ərazisində bütövlükdə separatçılara zərbə vurulacaq və bu, davam etdiriləcək. İkinci növbədə isə 10 noyabr razılaşmasının digər müddəaları işə düşməlidir. 

Hesab edirəm ki, sərhədlər müəyyən olunması, demarkasiya və delimitasiya, Laçın və Zəngəzur dəhlizi, yəni bu istiqamətdə də növbəti fəallıqlar ortaya çıxacaq. Şübhə etmirəm ki, bu, Ermənistan tərəfinin həqiqətən də reallığı qəbul edəcək dönəminə qədər davam edəcək. Fikrimcə, biz qarşıda daha tutarlı, daha miqyaslı əməliyyatların, həmçinin öhdəliklərin yerinə yetirilməsinin şahidi olacağıq".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top