Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanından yola düşdü

REGİON 01 avq 2022, 10:01
Bu gün Ukrayna taxılını daşıyan ilk gəmi ölkənin Odessa limanından yola düşüb.

Demokrat.az xəbər verir ki, məlumatı “CNN Türk” yayıb.

Bildirilib ki, Syerra-Leone bayrağı altında üzən “Razoni” adlı qarğıdalı ilə yüklənmiş gəmi Livana gedəcək.

Qeyd edək ki, Rusiya Qara dənizdə Ukrayna məxsus limanları mühasirədə saxlayır. Bu səbəbdən Ukraynanın taxıl dolu gəmiləri ünvanına yetişmir. Rusiyanın davranışı səbəbindən Afrikanın bir sıra dövlətlərinə taxıl çatışmazlığı yaranıb. Bu da dünyada ərzaq məhsullarının qiymətinn bahalaşmasına təsir göstərən amillərdən sayılır.

Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstalbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, taxıl daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan mane aradan qaldırılacaq.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top