Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb

SOSİAL 31 iyl 2022, 21:53
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-i saat 21:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda (Quba-red) şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub.

Demokrat.az xəbər verir ki, bu barədə ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, yağıntının miqdarı Ləzədə və Qrızda 42 mm təşkil edib. Qərb küləyinin sürəti Şamaxıda 16 m/s -ə çatıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top