Azyaşlı ixtiraçı ev şəraitində cücə yetişdirdi — FOTO+VİDEO

MARAQLI 30 iyl 2022, 18:15
Heyvanları çox sevən 11 yaşlı Leyla Əsgərova öz istedadı ilə valideynlərini heyrətləndirib. O, ev şəraitində müxtəlif üsullarla cücə yetişdirib. Balaca ixtiraçı deyir ki, ilk dəfə bu ideya ağlına gəldikdə evdəkilər ona icazə verməyib. 

Lakin canlılara olan sevgisi onu bu fikirindən də döndərə bilməyib:

“Mən düşündüm ki, mən cücə çıxartmaq istəyirəm. Getdim bibimə dedim ki, mən yumurta istəyirəm. Bibimdə mənə 4 dənə kənd yumurtası verdi. Mən də yumurtanı evə gələndə babamdan qutu istədim. Bir də istədim ki, babam mənə taxta düzəltsin, bir dənə də lampa. Babam hər şeyi düzəltdi, qutuya yapışdırdı o taxtanı. Mən də başladım ora pambıq götürdüm, pambığı üstünə saldım, 4 dənə də yumurtanı ora qoydum belə yumru.”



Balaca qəhrəmanımız daha sonra qutuya rütubətin yaranması üçün su töküb. 4 gün keçdikdən sonra cücənin yavaş-yavaş əmələ gəldiyini görüb:

“21 gün oldu, axırıncı gün - 19-cu gündə mən baxdım telefon işığı ilə. Orada cücənin ağzı görsənirdi. Artıq gördüm cücə başlayır çıxmağa. Onda anam da, mən də səhər-səhər video çəkdim.Birinci cücə çıxmışdı, ən sevdiyim cücə, yəni biri çıxdı, sonra o birisi gündə ikisi çıxdı. Anam onda gördü necə çıxırlar. Yəni,4 dənə yumurtadı üçü çıxdı biri çıxmadı.”

Bu vaxtadək müxtəlif heyvanlar bəsləyən Leyla Əsgərova gələcəkdə baytar olmağı arzulayır. 



 
 


Gülçin Qorxmaz
Demokrat.az


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top