“Qarabağ”ın legioneri: “İtaliya çempionatına uyğunlaşa bilərəm”

İDMAN 25 iyl 2022, 09:22
"İngiltərə, Almaniya və İspaniya kimi rəqabətli liqaları sevirəm. Amma düşünürəm ki, İtaliya çempionatına çox yaxşı uyğunlaşa bilərəm, çünki sürətli mərkəz müdafiəçisiyəm. 4 və ya 3-lü müdafiə sistemində oynamağa öyrəşmişəm".

Demokrat.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina İtaliyanın TMW nəşrinə açıqlamasında deyib.

29 yaşlı oyunçu bəzi klubların onunla maraqlanmasından xəbərdar olduğunu bildirib: "Qarabağ"da xoşbəxtəm, lakin gələcəkdə nə olacağını heç vaxt bilmirik. Gözləməliyik, amma daha böyük liqalarda həyata keçirmək istədiyim arzularım var".

Medina cari mövsümkü hədəflərindən də söz açıb: "Komandanın UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına kömək etmək istəyirəm. Ümid edirəm ki, Kolumbiya millisində oynamaq arzumu da gerçəkləşdirəcəyəm".

Qeyd edək ki, Kevin Medina 2020-ci ildən "köhlən atlar"ın formasını geyinir. Azərbaycan təmsilçisi iyulun 27-də Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında İsveçrədə "Sürix"in qonağı olacaq. Bakıdakı ilk görüşdə "Qarabağ" 3:2 hesabı ilə qalib gəlib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top