Deputat: “Müharibədən sonra psixoloji fəsadlar üzə çıxmağa başlayır”

GÜNDƏM 23 iyl 2022, 11:11
“44 günlük Vətən müharibəsi bizi şərəfli və müzəffər bir xalq obrazına gətirdi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Vüqar İskəndərov deyib. Deputat vurğulayıb ki, ancaq müharibə həm də qan, ölüm, həm də itkilər deməkdir:

“Təbii ki, insana əziz olan canı vətən uğrunda fəda etmək, yaralanmaq, əzalarını itirmək çox şərəfli olsa da, çox çətin missiyadır. Azərbaycanın igid oğulları bu missiyanı şərəflə yerinə yetirdilər. Postmüharibə dövründə qazilərin, müharibə veteranlarının, müharibə iştirakçılarının psixoloji durumunda çətinliklərin yaranması, gərgin olması təbii haldır. Bu, yalnız Azərbaycana aid olan bir məsələ deyil. Sirr deyil ki, müharibədən sonra bu proses ağrılı keçir, amma tədricən müddətlə, zamanla həll olunur”. 



Millət vəkili vurğulayıb ki, canlı olaraq bu proseslərin içində olmaq heç də asan məsələ deyil:

“Çünki onların gözlərinin qarşısnda dostları şəhid olur, yaralanır. Onlar müharibə vaxtı çox çətin proseslərin içində olurlar. Belə deyək ki, qaynar fazası bitəndə sonra isə onların psixoloji fəsadları üzə çıxmağa başlayır. Xatırladım ki, Vyetnam müharibəsindən sonra ABŞ-da minlərlə zabit və əsgəri özünə qəsd etmişdir. Bu, təbii ki, ölkəmiz üçün də arzu olunan deyil. Hər bir əsgərimiz, zabitimiz bizim üçün əzizidir, heç birinin dırnağına daş dəyməsini istəmərik. Əlbəttə ki, onlarla psixoloqlar daim işləməli, cəmiyyət onlara daim dəstəkləməlidir, qayğısına qalmalıdır. Həm burada qeyri-hökumət təşkilatları, icmalar, dövlət orqanları və cəmiyyət də bu insanlar sıx təmasda olmalı, onlarla vaxtlı vaxtında əlaqə saxlamalı və problemləri çıxanda onların həll olunması üçün lazımi addımları atmalıdırlar. Həmin insanların  mülki həyata tamamilə adaptasiya olunması üçün mütləq psixoloqlar tərəfindən diqqətdə saxlamalıdılar”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top