"Yeni zavodda illik 120 milyon həcmində butulka istehsalı nəzərdə tutulur" — AÇIQLAMA (FOTOLAR)

SOSİAL 21 iyl 2022, 19:02
Gürcüstan, Rumıniya, Bolqarıstanın Azərbaycan istehsalı olan şüşə taralarına tələbatları var.

"Report" xəbər verir ki, bunu dünən Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi "Glassica" müəssisənin direktoru İbrahim Həsənov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təməli 2021-ci il yanvarın 18-də dövlət başçısı tərəfindən qoyulan, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisədə il ərzində 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunacaq:

“Müəssisədə istehsal edilən məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib".

O əlavə edib ki, yaxın vaxtlarda ikinci mərhələ üzrə yeni zavodun tikintisi nəzərdə tutulur: “Müəssisə bu ərazi ilə üzbəüz tikiləcək. İllik 120 milyon həcmində butulka istehsalı nəzərdə tutulur. Bizim məqsədimiz yerli bazarı tam təmin etməkdir".


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top