“Azərbaycanın nüfuzunun artması Rusiyada qıcıq yaratmır” — Araz Əlizadə

SİYASƏT 19 iyl 2022, 19:12
İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Maraqlıdır, şimal qonşumuz olan Rusiya bu yeni sazişə necə baxır?

Məsələyə münasibət bildirən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya buna çox sadə baxır:

“Çünki bu bazar iqtisadiyyatıdır və Rusiya da bu bazarın iştirakçısıdır. Odur ki, burada Rusiya qazının əvəzinə Azərbaycan qazını almırlar. Azərbaycana xeyiri isə odur ki, Azərbaycan öz qazını satır və bu, Azərbaycanın beynəlxalq nüfuzunu artırır”. 

Partiya sədri qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması Rusiyada qıcıq yaratmır:

“Rusiya və Azərbaycan müttəfiqdirlər. Rusiyanın qazı isə çoxdur, ona görə də, Rusiya bu məsələyə çox sadə baxır”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top