Kamran Bayramov: “Anlaşma Memorandumu Aİ ilə əməkdaşlığının daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır”
“Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Balanslaşdırılmış uğurlu xarici siyasət ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli zəmin yaradır. Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum, Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır”.
Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. Millət vəkili vurğulayıb ki, regionda yaranan yeni vəziyyət Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın istiqamətlərini artıracağı da istisna edilmir:
“Bildiyimiz kimi, hazırda yaranmış situasiyaya uyğun olaraq, Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və yanacaq məhsullarıyla təminatı baxımından Rusiyadan asılılığına son qoymaq istəyir. Buna görə də, Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən, təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edən ölkədir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Bu gün Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Nəzərə alsaq ki, il ərzində Avropa İttifaqı ölkələrinin 500 milyard kubmetr qaza tələbatı var. Bu nöqteyi-nəzərdən, Avropa İttifaqı Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır”.
Deputat qeyd edib ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 18-də Bakıya səfəri çərçivəsində təbii qazın Aİ-yə şaxələnərək tədarükündə Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirərək bildirib ki, məqsədimiz bir neçə il ərzində Azərbaycandan Avropa İttifaqına qaz nəqlini iki dəfə artırmaqdır. Bu mənada Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq.
K.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu tərəflərin strateji əməkdaşlığının daha gücləndirilməsinə xidmət edəcək:
“Memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsidir. Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması Aİ-nin Azərbaycanı özünə əsas enerji tərəfdaşı seçməsinin göstəricidir və ikitərəfli əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq. Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun daha da artması deməkdir”.
Deputat əlavə edib ki, Azərbaycanla Aİ arasında enerji sahəsində çox böyük əməkdaşlıq layihələri həyata keçirilir:
“Biz buna misal olaraq, 2006-cı ildə Brüsseldə imzalanmış Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu, 2011-ci ildə Bakıda imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni göstərə bilərik. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ildə Cənub Qaz Dəhlizi layihəsinin icrası məsələlərinin əlaqələndirilməsi məqsədi ilə layihə iştirakçıları və tərəfdaş dövlətlərin enerji nazirlərindən ibarət Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılıb və müxtəlif zamanlarda 8 iclas keçirilib. Bundan əlavə, 2018-ci ildə qəbul edilmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədində 4 prioritet əməkdaşlıq istiqamətindən biri kimi bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti təsbit olunub. 2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilədək uzadılıb”.
“Beləliklə, qarşıda duran prioritetlər müəyyənləşdirilib. 2020-ci ilin dekabr ayının sonunda TAP layihəsinin işə düşməsi ilə Azərbaycan qazının Qərbə verilməsi təmin edilib. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə, bir daha Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin üçdə ikisi Azərbaycanın payına düşür. Bu baxımdan, Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır. Qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə olan marağın ildən-ilə artdığını deyən millət vəkili, Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əməkdaşlığın məmnunluq doğurduğunu söyləyib”.
Aynurə Pənahqızı
Demokrat.az