Bu yerlərdə su olmayacaq

SOSİAL 18 iyl 2022, 18:45
H.Z.Tağıyev qəsəbəsindəki mərkəzi nasos stansiyasından Bakı şəhərini qidalandıran magistral su kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Bakıxanov, Əmircan, Bülbülə, Yeni və Köhnə Günəşli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Demokrat.az bildirir ki, bu haqda “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, əraziyə qəza-bərpa briqadaları cəlb olunub və xüsusi texnikanın köməkliyi ilə təmir işləri aparılır.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top