Şəhid atası oğlunun intihar etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib: "Yalan məlumatdır"

GÜNDƏM 18 iyl 2022, 11:06
İntihar edən hərbçilərin mediada yayılan 35 nəfərlik siyahısda adı olan şəhid Məmmədağa Məlikzadənın atası Zakir Məlikov oğlunun özünə qəsd etməsi barədə xəbərləri təkzib edib.

Demokrat.az
 AzToday.az-a istinadən xəbər verir ki,  yayılan xəbərləri dəqiqləşdirmək məqsədi ilə şəhid atası Zakir Məlikovla əlaqə saxlayıb. Şəhid atası açıqlamasında bildirib ki, oğlu 2021-ci ilin sentyabrın 6-da düşmənlə üzbəüz postda xidmət edərkən düşmən gülləsindən həlak olub:

“Oğlum Murov dağı yaxınlığında 3800 metr hündürlükdə yerləşən “Hilal” adlı postda xidmət edərkən şəhid olub. Baş nahiyəsindən güllə yarası almışdı. Bu məlumat səhvdir. Media orqanları bu kimi xəbərləri yayanda yaxşı olardı ki, məlumatı şəhid ailələri ilə dəqiqləşdirsinlər…”.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin 2021-ci ilin sentyabrın 10-da yaydığı məlumatda Məmmədağa Məlikzadənin odlu silahdan atəş açmaqla özünə qəsd etdiyi bildirilirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top