İsti yay günlərdə nahar və ya axşam yeməyi əvəzinə sərin qarpızı kəsirik, pendir və isti təndir çörəyi ilə nuş edirik. Bu bizi həm sərinlədir, həm də doydurur. Lakin bir müddətdən sonra mədəmizdə narahatlıq hiss edirik.
Terapevt Nazilə Xəlilbəyova Demokrat.az saytına müsahibəsində qeyd etdi ki, qarpız orqanizmimiz üçün çox xeyirli giləmeyvə olsa da çörəklə birlikdə yeyilməsi zərərli ola bilər.
“Qarpız 90 faiz sudan ibarət olan giləmeyvədir, amma yaddan çıxarmaq olmaz ki, onun tərkibində az miqdarda da olsa fruktoza, qlükoza var. Və onun karbohidrat xüsusiyyətilə çörəyin içindəki karbohidrat xüsusiyyətləri üst-üstə düşərkən, arterial şəkərin kəskin qalxması və bu səbəbdən də onsuz da qarpızın tərkibində olan 90 faiz maye böyrəklərdən çıxır. Bu zaman üst-üstə gəlmiş qlükoza, fruktoza çörəklə birlikdə böyrəklərə də böyük gərginlik, artıq fiziki yük verir. Amma pendirlə qarpız tək yeyilsə, pendirin 90 faiz tərkibi proteindir, zülaldan ibarətdir, yəni zülal və karbohidratla biz orqanizmə o qədər də mənfi təsir hiss eləmirik.”
Bəzən qarpızı yeyərkən tumlarını çıxarırıq. Düşünürük ki, tumu mədəmizə getsə, yan təsirləri ola bilər. Nazilə Xəlilbəyli deyir ki, bu tamamilə yanlışdır. Əksinə, qarpızın tumunda olan B17 vitamini xərçəng xəstəliyinin qarşısnı alır.
Yay aylarında yemiş də sevdiyimiz qidalardan hesab olunur. Lakin onun da yeyilmə qaydası var. Xüsusən də, balla yemək olmaz. Səbəbini terapevt belə izah edir.

“Yemişin tərkibində qlükoza həddindən artıq çoxdur, heç bir halda yemişi ac qarına və yeməyin üstündən yemək olmaz. Çünki acqarına boş mədəyə gedən yemiş, bizim mədəmizdə çox tez xarab olur. Xüsusilə yemiş tez xarab olan tərəvəzdir və o bizim mədəmizdə xarab olarkən, orqanizmə ziyan olan çoxlu maddələr ifraz edir. Xüsusilə balla qarışdırmaq olmaz. Yemişin içində bir sıra maddələr var ki, balla reaksiyaya girib, bərk bir kütlə əmələ gətirir. Sanki bir yapışqan kimi kütlə əmələ gəlir və bu kütlə mədədinin divarlarında ilişərək uzun müddət qala bilər. Mədə onu aşağı ötürsə belə, bağırsaqların divarında keçməməzlik yarada bilər.”
Terapevt onu da qeyd etdi ki, əgər səhər yeməyində bal yemisinizsə, 3-4 saat sonra rahatlıqla yemiş yeyə bilərsiniz.
Gülçin Qorxmaz
Demokrat.az