Avropa Birliyi və ABŞ niyə Rusiyaya qarşı sanksiyalarda yumşalmaya gedir? – ŞƏRH

SİYASƏT 16 iyl 2022, 11:56

“Təkcə Avropa Birliyi deyil, ABŞ da Rusiyaya qarşı sanksiyalarda yumşalma məsələsi ilə gündəmə gəlir. Məsələ ondadır ki, uzunmüddətli çəkən müharibə müddətində Rusiyaya qarşı hansısa ciddi addımlar atıla bilmədi. Yəni, istər Avropa Birliyi, istər NATO, istərsə də ABŞ bu və ya digər formada açığı Rusiyadan qorxdular”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.


Politoloq vurğulayıb ki, Rusiya əvvəlcən də bəyan eləmişdi ki, bu məsələdə Rusiyadan daha çox Avropa ziyan çəkəcək:

“Burada əsas bir neçə məsələni qeyd etmək lazımdır. Birincisi, ABŞ istəyinə nail oldu. Bugünə qədər dövriyyəyə buraxıldığı 23 il ərzində ilk dəfə olaraq avro dollara bərabərləşdi. Məhz bu misssiyanı Rusiyanın köməyi ilə yerinə yetirildiyinə görə ABŞ yumşaldı. İkincisi, Avropa Birliyində qazın və digər karbohidrogen ehtiyatlarının qiyməti çox sürətlə artır. Hələ bu azmış kimi Niderlandda, Fransada, Belçikada. Almaniyada sahibkarların istifadə elədiyi, birmənalı şəkildə mineral gübrələrin qiyməti çox sürətlə artır. Və eyni zamanda Avropadan Rusiyaya ixrac olunacaq malların qarşısı alındığına görə, orada mal izafı yaranıb. Yəni ixrac olmayanda hər hansı inkişafdan danışmağa söhbət gedə bilməz. Belə bir şəraitdə Avropada əsasən indistrual aqrar ölkələr çox olduğuna görə bu və ya digər formada Rusiya ilə münasibətlərdə yumşalmaya getməlidir. Üçüncüsü, Ukraynadan gələn 12 milyon hələ ki, rəsmi qaçqınların Avropada yerləşdirilməsində çox ciddi problemlər var və bu qaçqınların əksəriyyətinin tələbləri həmin ölkələrin imkanları xaricindədir. Yəni bir növ bunlar maksimum şərait tələb edirlər, Avropada onu verə bilmir. Ən çətin vəziyyətə də Polşaya düşüb”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top