"Meta"dan ŞAD XƏBƏR: "Facebook"da beş hesab açmaq olacaq

SOSİAL MEDİA 15 iyl 2022, 21:52
Amerika "Meta Platforms Inc." şirkəti istifadəçilərə "Facebook" sosial şəbəkəsində birdən çox hesab yaratmağa imkan verəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, sınaq mərhələsində məhdud sayda Facebook istifadəçisi dörd əlavə hesab yarada biləcək. Bu halda hər birində əsl adı göstərmək lazım deyil.

Ehtimal olunur ki, iş və dostlarla ünsiyyət üçün ayrı hesabların olması mümkün olacaq, onların öz xəbər lentləri olacaq. Bununla belə, yalnız bir profildən nəşrləri şərh etmək və ya bəyənmək mümkün olacaq.

Bu təşəbbüs "Meta"nın daha çox istifadəçi cəlb etmək səylərinin bir hissəsidir, çünki artım yavaşlayır, xüsusən də gənc istifadəçilər arasında.

Əlavə profillər əsas hesabla əlaqələndiriləcək, yəni bir profildə qaydaların pozulması digərlərinə də təsir edəcək.

Xatırladaq ki, daha əvvəl "Instagram" itkin düşən uşaqların axtarışına kömək edəcək funksiyanı işə salmışdı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top