İranda pandemiyanın yeddinci dalğası başladı

REGİON 15 iyl 2022, 09:14
İranda koronavirus pandemiyasının yeddinci dalğası başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Bəhram Aynullahi bildirib.

Nazirin sözlərinə görə, pandemiyanın bitdiyi barədə düşünmək çox yanlışdır. Bəhram Aynullahi deyib ki, COVID illərlə qalacaq bir virusdur.

“Peyvəndlənməni düzgün aparmayan ölkələr var. Bu ölkələrdə insanların təhlükəsizliyi aşağı səviyyədədir”,- deyə iranlı nazir bildirib.
O bildirib ki, virus mövcud olduqda mutasiyaya uğrayır və bütün ölkələrə təsir edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top