Parkda bayraqların yerə atılması xəbəri haqda rəsmi açıqlama — VİDEO

SOSİAL 13 iyl 2022, 12:37
Yasamal rayonu ərazisində yerləşən “Yasamal parkı”nda Azərbaycan bayrağının yerə atılması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Demokrat.az Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

Qurumdan verilən məlumata görə, bu iddia həqiqəti əks etdirmir: “Bu gün bir sıra kütləvi informasiya vasitələri və sosial media hesablarında “Yasamal parkı”nda guya ki, Azərbaycan dövlət bayrağının yerə atılmasını iddia edən məlumat və foto paylaşılıb. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti olaraq birmənalı şəkildə bildiririk ki, bu iddia tamamilə uydurmadır və saxta xarakter daşıyır. Bayrağ olduğu iddia edilən və yerə atılan əşya əslində uşaq əyləncə batutudur və onun boşaldılmış halıdır”. 



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top